Rusiyaya gedən bəzi ermenilər geri qaytarılıb - SƏBƏB

Rusiyaya gedən bəzi ermenilər geri qaytarılıb - SƏBƏB

Ermənistanın Rusiyaya gedən bəzi vətəndaşları geri qaytarılıb.

SİA xəbər verir ki, bu barədə "Tert.am" məlumat yayıb.

Bildirilir ki, Ermənistandakı COVID-19 testlərinin aparılmasında baş verən qanunsuzluqlarla bağlıdır.

"Moskvaya birinci reyslə yola düşdük, buraxılış məntəqəsində irəli getməyi qadağan etdilər. Bildirildi ki, bizim COVID-19 testimiz qanunsuzdur, nəticədə bizi deportasiya etdilər. Soruşdum nə olub, cavab verdilər ki, mən Rusiya Federasiyasının sərhədini qanunsuz sənədlə keçməyə hazırlaşırdım. Bizi üç gün ac saxladılar, yalnız su içirdik", - Ermənistana deportasiya edilmiş vətəndaşlardan biri bildirib.

Rusiyaya deportasiya edilən Ermənistan vətəndaşı qeyd edib ki, onlar göndəriş məsələsini həll etməyi, həmçinin biletlərə xərclənmiş pulun geri qaytarılmasını tələb edirlər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə