Sinqapur kökuməti Dünya İqtisadi Forumunun avqust ayına təxirə salındığını açıqlayıb

Sinqapur kökuməti Dünya İqtisadi Forumunun avqust ayına təxirə salındığını açıqlayıb

Sinqapur hakimiyyəti Dünya İqtisadi Forumunun avqust ayına təxirə salındığını açıqlayıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Ticarət və Sənayə Nazirliyi bildirib.

Məlumata əsasən, bundan əvvəl Forum may ayında baş tutmalı idi:

"Təşkilatçılar koronavirusla mübarizə ilə əlaqədar beynəlxalq səyahətlərdə məhdudiyyətlərin qalması səbəbindən forumun 17-20 avqust tarixlərinə qədər təxirə salınması təklifi ilə çıxış etdilər".

Qeyd edilib ki, Sinqapur hökuməti Forumun qarşılaşdığı problemləri başa düşür və bu təklifi qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə