Türkiyənin ana müxalifət partiyası CHP lideri Kamal Kılıçdaroğlu seçki təbliğat-təşviqat kampaniyası çərçivəsində Elazığ şəhərinin Kovancılar bölgəsində tərəfdarları qarşısında etdiyi çıxışı zamanı yumurta atəşinə tutulub.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Partiyaya məxsus avtobusun üzərindən tərəfdarlarına müraciət edən Kılıçdaroğluya qəflətən yumurta atılıb.
Bu vaxt Kılıçdaroğlunun tərəfdarları ilə ona yumurta atan şəxs arasında qarşıdurma baş verib. Kılıçdaroğlu isə yumurtalı hücuma "Bir şey etməyin, demokratiyadır"- deyə cavab verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB