“Baş nazir postunu tutan şəxs ölən erməni hərbçilərinin valideynlərinin tədricən susaraq gerçəkliklə və xalqın Şuşa itkisi ilə barışacağını düşünürsə, deməli, yanılır”. SİA xəbər verir ki, bunu Nəsillər Üçün Həqiqət təşəbbüsünün koordinatoru Qexam Nazaryan bu gün jurnalistlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, Paşinyanın istefa məsələsi nə qədər uzanırsa, ona qarşı bir o qədər də nifrət artır və məsələnin sakit həlli üçün o qədər az seçim yaranır.
Koordinatora görə, Nikol və Annanı ən qısa zamanda Ermınistanda baş tutacaq erməni "Nürnberq"i hazırlaşmağa çağırıram: “Onlar mənim Abqarımı öldürdükləri üçün cavab verməlidirlər”.
Qeyd edək ki, Abqar Qexam Nazaryanın müharibədə öldürülən oğlunun adıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB