Boğaziçi Universitetində keçirilən icazəsiz aksiyalar zamanı 159 nəfər saxlanılıb
Türkiyənin Boğaziçi Universitetində keçirilən icazəsiz aksiyalar zamanı saxlanılanların 79-nun müxtəlif terror təşkilatına üzv olduğu müəyyən edilib.
SİA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Bununla bağlı İstanbul Valiliyindən verilən açıqlamaya əsasən, fevralın 1-də universitet binasının qarşısında keçirilən aksiya zamanı 159 nəfər saxlanılıb ki, onlardan da yalnız yeddisinin bu ali təhsil müəssisəsinin tələbəsi olduğu müəyyən edilib. Nəzarətə alınanlardan 98-i artıq sərbəst buraxılıb.
Yanvarın 2-də professor Melih Bulunun adıgedən universitetə rektor təyin edilməsi də bəzi qruplaşmalar tərəfindən etirazlarla qarşılanıb. Bu etirazlar zamanı saxlanılanların da böyük əksəriyyətinin Boğaziçi Universiteti ilə əlaqəsinin olmadığı müəyyən edilib.
Qeyd edək ki, universitetdə son hadisələr Müqəddəs Kəbənin fotoşəkillərinin bu ali təhsil müəssisəsinin həyətində yerdə nümayiş etdirilməsi ilə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB