Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 349 mindən çox artıb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 349 mindən çox artıb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 349 mindən çox artıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 349 263 nəfər yeni koronavirusa yoluxub, 9 423 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 102 942 987, ölənlərin isə 2 232 233 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə