Ötən gün “İttifaq” (Alyans) partiyasının lideri, Ermənistanda baş naziri postuna namizədlərdən biri Tiqran Urixanyanın erməni jurnalistlər üçün keçirdiyi mətbuat konfransındakı açıqlamaları bir çox ermənilər tərəfindən birmənalı qarşılanmayıb. SİA bunu erməni mətbuatına istinadən yazır.
"Bəli, Urixanyanın Nikolun getməsi barədə fikirləri ilə razılaşmaq olar. Amma onun “Ermənistanda Rusiya ilə birlik dövlətinin qurulması barədə danışıqlara başlayacaq yeni bir hökumət qurmaq” barədə dedikləri ilə heç cür barışmaq olmaz. Necə olur, Gömrük İttifaqında bizimlə “müttəfiq” olan Rusiya qazın qiymətində bizə heç bir güzəşt etmir. Bizim bazarlardan geninə-boluna yararlanan ruslar bizi öz bazarlarına buraxmır.
Bu gün Avrasiya İqtisadi Birliyi bizim üçün kifayət deyil, belə ki, onun səmərəsizliyi göz qabağındadır. Ermənistan vətəndaşlarını Azərbaycan mərmiləri ilə öldürülməsinə müdaxilə etməyən KTMT bizim üçün kifayət deyil. Ona görə də, bizə daha da yüksək dərəcədə inteqrasiya lazımdır". Bu fikirləri erməni saytları yazır.
Tiqran Urixanyanı yanlışlıqda ittiham edən, sayt, hər ay yoxsulluğa doğru yuvarlanan bir dövlət olan Rusiya ilə iqtisadi tərəfdaşlığın necə faydalı ola biləcəyi hələ də anlamadığını bildirir. Sayt yazır ki, Federal Dövlət Statistika Xidmətinin məlumatlarına görə, 2020-ci ilin sonunda Rusiya vətəndaşlarının real əlverişli gəliri 3,5 faiz azalıb. Bu da 19,6 milyondan artıq rusun yoxsulluq həddində yaşamasına gətirib çıxarıb. Bu gün özünü dolandırmaqda çətinlik belə cəkən bir ölkənin, yəni Rusiyanın Ermənistan iqtisadiyyatına sərmayə qoyacağı və ya qoya biləcəyini Urixanyan düşünürmü? Təbii ki, bu sualı da partiya liderinə sayt ünvanlayıb.
“Bu gün Rusiyaya işləmək üçün gedən 100 minlərlə erməni əmək miqrantını pandemiya adı altında sərhədləri bağlayıb geri qaytardılar. Amma belə bir problem Belarusla yaşanmadı. Axı, onlar da bizimlə eyni ittifaqda olan dövlətdi, amma belə problemı ruslar onlara yox, bizə yaşatdılar”.
Təbii ki, ermənilərin dərdi bəllidir. Belə görünür ki, ikili masada oturmağa adət edən bu dövlət və onun rəsmi səlahiyyətliləri yenə də yeni isti qanad altı axtarışına çıxıblar.
Bundan əlavə, onlar Rusiyanın Türkiyə və Azərbaycanla yaxınlaşmasını heç cür həzm edə bilmirlər.
“...Beləliklə, dünən Rusiya Federasiyası Təhlükəsizlik Şurası Başçısının müavini Dmitri Medvedev, Türkiyənin Qarabağ münaqişəsindəki rolunu şərh edərək, Türkiyənin Rusiya üçün çox vacib bir tərəfdaş olduğunu qeyd etdi”.
Bax, budur ermənilərə yer eləyən...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB