Saxta vaksin satanlar həbs olundu

Çin polisi saxta koronavirus peyvəndi satmaqda şübhəli bilinən 80-dən çox şəxsi həbs edib. SİA "Xinhua" agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı 3000 dozadan çox saxta dərman ələ keçirilib. Şübhəlilərin keçən ilin sentyabr ayından etibarən şprisləri adi salin məhlulu ilə dolduraraq vaksin adı altında yüksək qiymətə satdığı məlum olub. Çində ingilis dilində dərc olunan "Global Times" qəzeti böyük bir Çin peyvəndi istehsalçısına yaxın bir mənbəyə istinad edərək, saxta satıcıların dünyada peyvənd çatışmazlığından istifadə edərək onu xaricə göndərməyi planlaşdırdıqlarını bildirib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə