Fransada qətl cinayətlərinin sayı son 20 ildə 91 faiz artıb.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyindən alınan məlumatlar Fransa ərazisində bir sıra qətl növlərində kəskin davamlı artım olduğunu göstərir.
Qurumun statistikasına görə, 2020-ci ildə qətl hadisələrinin sayı 4.472-ə çatıb, müqaisə üçün 2000-ci ildə 2.338 qətl hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyi xüsusən də 2020-ci ildə əvvəlki ilə nisbətən oğurluq hadisələri ilə əlaqədar edilən qətl cəhdlərinin sayının 19,3 faiz, oxşar şəraitdə törədilmiş qətllərin isə 17,1 faiz artdığını da bildirir. Cinayətkarlar arasındakı münaqişələrdə bu göstərici nisbəti 14,3 artıb, döyülmədən ölənlərin sayı isə 7,3 faiz azalıb. Ümumiyyətlə Fransada cinayətlər sayının 2013-cü ildən indiyədək kəskin şəkildə artmaqda davam etdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB