Türkiyədə baş vermiş zəlzələdə 4 nəfər ölüb, 80 nəfər xəsarət alıb

Türkiyədə baş vermiş zəlzələdə 4 nəfər ölüb, 80 nəfər xəsarət alıb

Türkiyənin qərbində baş vermiş 6 bal gücündə zəlzələ nəticəsində 4 nəfər ölüb, 80 nəfər xəsarət alıb. SİA-nın verdiyi xəbərə görə, ölənlərdən biri zəlzələ vaxtı evinin pəncərəsindən yerə tullanıb, digəri isə həyəcandan ürək tutmasından keçinib. Digər iki nəfər isə uçan yaşayış evinin altında qalaraq həyatı ilə vidalaşıb.

Xatırladaq ki, zəlzələnin episentri Kutanya şəhərinin 77 km cənub-qərbində, mərkəzi isə yer sətinin 4,5 kilometr dərinliyində olub. Yer titrəmələri İstanbulda, Bursada, Yalovada və başqa şəhərlərdə hiss edilib. Sinav bölgəsində elektrik təchizatı dayandırılıb. Bildirilir ki, Kutanyada bəzi binalar zədələnib.


Bütün xəbərlər Facebook səhifəmizdə