Latviya rus telekanallarını bağlayır

Latviya rus telekanallarını bağlayır

Latviyanın ən böyük kabel operatoru “Tet” fevralın ilk günündən etibarən ölkə ərazisində rus dilində yayımlanan “Channel One”, “NTV Mir”, “Ren TV Baltiya”, “Kinokomediya və Kinomix” telekanallarının yayımını dayandırıb. SİA bu barədə Latviya şirkətinin rus mətbuatında yer alan məlumatına istinadən xəbər verir.

Beləliklə, şirkət yayımladığı açılamasında rus kanallarını təqdim etmək hüququ ilə bağlı qeyri-müəyyənlik və sanksiya rejiminə riayət edilməməsini əsas gətirərək, onları digər ekvivalent televiziya kanalları ilə əvəzləyəcəyini bildirib.

Yerı gəlmişkən xatırladaq ki, rusların himayə etdikləri, onların “hər şıltaqlıq”larına dözdükləri ermənilər də ötən ilin sonlarından etibarən Rusiyanın “Birinci kanal”, “RTR Planeta” və “Rossiya Kultura” kanallarının açıq yayımına məhdudiyyət tətbiq ediblər. Belə ki, erməni prezident Armen Sərkisyan imzaladığı media haqqında qanunla, bundan sonra Ermənistan ərazisində sözügedən kanalların pullu yayımlanacağını təsdiq edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə