Ukraynanın keçmiş prezidenti, ölkənin şərqindəki vəziyyəti həll etmək üçün yaradılmış əlaqə qrupunun rəhbəri Leonid Kravçuk Donbass və Krım məsələsinin ümum Ukrayna referendumuna təqdim edilməsinin vacibliyini bildirib.
SİA xəbər verir ki, o, bunu "Ukrayna 24" kanalının efirində ölkədə ümumxalq referendumuna təqdim edilməli olan mövzularla bağlı sualı cavablandırarkən bildirib. Donbass və Krım məsələsinin bu gün ölkəsi üçün "ən ağrılı" məsələ olduğunu diqqətə catdıran sabiq prezident bu məsələnin fərqli siyasi qüvvələr tərəfindən fərqli qəbul edildiyini də etiraf edib.
Leonid Kravçuka görə, bəzi ukraynalı siyasətçilər bu məsələnin təməli ilə bağlı hələ də fikir ayrılığındadırlar. Onun fikrincə, referendumun əsas məsələsi "Ukraynanın ərazilərinin qaytarılması ilə ayrılmaz, müstəqil olması" olmalıdır. Keçmış prezident bu mövqenin Ukraynanın beynəlxalq tərəfdaşları tərəfindən də şübhə altına alınmadığına əmin olduğunu bildirib.
Ruslar tərəfindən işğal edilmiş ərazilərin qaytarılması üsulunun dövlət və Ali Rada tərəfindən təqdim edilməli olduğunu bildirən Kravçukun fikrincə, xalq bu referendumda yalnız "bütün Ukrayna ərazisi ayrılmaz, müstəqildir və Ukraynaya aid olmalıdır" deməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB