Myanma hərbçiləri ölkə Prezidenti və dövlət müşavirini saxlayıblar

Myanma hərbçiləri ölkə Prezidenti və dövlət müşavirini saxlayıblar

Myanma hərbçiləri ölkə Prezidenti Vin Myin və faktiki hökumət başçısı hesab edilən dövlət müşaviri, hakim “Demokratiya uğrunda Milli Liqası" partiyasının rəhbəri Aun San Su Çji saxlayıblar.

SİA “news.sky.com” saytına istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi Myo Nyintaya bildirib.

Onun sözlərinə görə, partiyanın digər yüksək vəzifəli nümayəndələri də tutulub. Prezident və dövlət müşavirinin saxlanılmasından sonra ölkədə bir illik fövqəladə vəziyyət rejimi elan edilib.

Hərbçilər ölkədə hakimiyyətin Silahlı Qüvvələrin baş komandanı Min Aun Xlainə keçdiyini bildiriblər. Bununla yanaşı, hərbçilər vitse-prezident Myint Şveni müvəqqəti prezident təyin ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə