Parisdə "Qlobal təhlükəsizlik haqqında" qanunun qəbuluna qarşı etiraz aksiyası keçirilir. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, etiraz artıq qiyama çevrilməkdədir.
BFMTV onlayn telekanalının məlumatına görə, polisə tüstü bombaları atan etirazçıları tutma cəhdləri bir çox hallarda dava ilə sona çatır. Verilən digər məlumatda etiraz aksiyalarının Fransanın digər şəhərlərində də keçirilməsinə baxmayaraq, ən böyük qarşıdurmanın Parisdə yaşandığı bildirilir.
Qeyd edık ki, Fransa parlamentinin aşağı palatası ötən ilin 20 noyabr tarixində "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsini ilk oxunuşda dəstəkləyib. Bildirək ki, qəbul olunan həmin qanun layihəsinə görə, "milli polis, jandarma və ya bələdiyyə polisi işçisini vurmaq" qanun pozuntusu kimi qiymətləndirilir və həmin şəxsin bir ilə qədər həbs cəzası nəzərdə tutulur.
Bundan sonra, Fransada başlayıb və bu günə qədər davam edən etirazlar hələ də səngimək bilmir. Bu arada "İrəli respublika" fraksiyasının lideri Kristof Kastaner parlamentin qanun layihəsinin bəzi müddəalarına yenidən baxacağı təqdirdə etirazlara son verəcəklərinin bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB