Serbiyada hər ay bir təyyarə düşür

Serbiyada hər ay bir təyyarə düşür

Serbiyanın Uzice şəhəri yaxınlığında \"Cesna 172\" tipli təyyarə düşüb. SİA-nın məlumatına görə, qəza nəticəsində 2 nəfər yaralınıb.

Smederevska Palanka şəhərindən uçan təyyarə ölkənin qərbində yerləşən bir tarlaya düşüb. Təyyarədə olan pilot və yanındakı adam xəstəxanaya aparılıb.

Serbiyanın Baytarlıq İdarəsinin səlahiyyətlisi Zoran Miçoviç bildirib ki, təyyarədəki quduzluq peyvəndləri Kralyevo Baytar İnstitutu tərəfindən mühafizə edilir.

Xatırladaq ki, Serbiyanın Çaçak şəhəri yaxınlığında aprelin 10-da eynitipli təyyarənin düşməsi nəticəsində 5 nəfər ölmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə