Başqa xalqlara ximət etməklə "qürur duyan", öz fikir, niyyət və duyğulаrını gizli sаxlаyаn, hiyləgər və kələkbаz ermənilər həmişə də vədlərinə xilaf cıxıblar. Əslində bu fikirlər, mənə yox, böyük fransız yazıçı və dramaturqu Aleksandr Dümaya məxsusdur. Təbii ki, Ermənistanla elə də bir əlaqəsi olmayan və hətta deyilənə görə, heç əməlli-başlı erməni dilində danışa bilməyən RT-nin baş redaktoru Marqarita Simonyan bu qəbildən olan ermənilərdəndir. Belə ki, nə qədər çalışsa da yenə nə erməni xislətliyini gizlədə bilmir. Əslində, Simonyanın əksər çağırış və təklifləri onun yaşadığı ölkəyə sədaqətindən yox, sadəcə olaraq, Rusiya rəhbərlərinə yalmanmaq, yarınmaq kimi də qəbul edilməlidir. SİA şimal qonşumuzun mətbuatına istinad edərək bildirir ki, bir müddət bundan əvvəl, Donetskdəki "Rusiya Donbass" forumunda iştirak edən Marqarita Simonyan "Ana Rusiya" ("России- матушке") partiyası rəhbərliyinə özlərini "DPR" və "LPR" kimi tanıyan ərazilərin Rusiya Federasiyasına daxil edilməsi üçün müraciət edib. Simonyanın fikrincə, bunu etməklə Moskva bölgə vətəndaşlarının arzusunu reallaşdıracaq.
Maraqlıdır, görən bu, doğrudanmı, erməni xanımın ruslara olan sevgisindən, təəssübkeşliyindən irəli gəlir-məncə də, yox! Sadəcə olaraq, deyildiyi kimi, bu adi erməni riyakarlığı, yaltaqlığıdır.
O da maraqlıdır ki, Simonyanın müraciətinə münsibət bildirən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Marqaritanın müraciətinin elə də bir hüquqi əsası olmadığının, bu çağırışın, sadəcə olaraq, onun subyektiv mövqeyi olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB