NATO qüvvələri qan tökməkdə davam edir

NATO qüvvələri qan tökməkdə davam edir

Əfqanıstanın cənub-qərbində Kisar əyalətində NATO ordusunun Əfqanıstan ordusu ilə birgə keçirdiyi xüsusi əməliyyat zamanı ən azı 60 yerli silahlı məhv edilib. SİA-nın "Lenta.ru" saytına istinadən verdiyi xəbərə görə, taliblərin axtarışı üzrə əməliyyat mayın 13-də başlayıb.

Eyni zamanda Liviyadakı əməliyyatlarda iştirak edən NATO təyyarələri 159 uçuş həyata keçirib. Bu uçuşlardan 53-ü hərbi xarakter daşıyıb. Hava hücumları zamanı 3 nəzarət-keçid məntəqəsi, 2 tank və silah-sürsat anbarı məhv edilib. Əməliyyatların NATO komandanlığına keçdiyi gündən, yəni martın 31-dən bəri 7262 uçuş həyata keçirilib. Bunlardan 2808-i hərbi uçuşlar olub

Bütün xəbərlər Facebook səhifəmizdə