Ermənilərin Göyçə gölü qorxusu

Göyçə gölünü, Vorotan və Arpa çaylarını qidalandıran su mənbələri Azərbaycanın nəzarətindədir.

SİA news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın Ətraf Mühit naziri Romanos Petrosyan 26 yanvarda jurnalistlərlə görüşündə bəyan edib.

Nazir çayların mənbələrinin Kəlbəcər ərazisində olduğunu izah edib.

"Həmyerlilərimizin bütün siqnallarını, ifadə etdikləri narahatlıqlarını araşdırdıq və şərhlərimizlə birlikdə onları Müdafiə Nazirliyinə və Ermənistan Baş nazirinin ofisinə göndərdik", - deyə o yekunlaşdırıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...