Koronavirusa yoluxanların sayı 255 mini ötdü

Gürcüstanda ötən sutkada koronavirusa 742 yeni yoluxma halı təsdiqlənib, 1 081 nəfər müalicə olunaraq sağalıb, 12 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 255 564 nəfər təşkil edir. Onların 245 527-si sağalıb, 3 108-i isə ölüb. Hazırda karantin rejimində 497, stasionar nəzarətdə 2 842 nəfər var. Xəstəliyi yüngül formada keçirən 347 nəfər xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...