"Motsart" konteyner gəmisi Qabon sahillərinə çatıb

Nigeriyada dəniz quldurlarının hücumuna məruz qalan "Motsart" konteyner gəmisi Qabonun Port Jantil liman şəhəri sahillərinə yanaşıb.

SİA-nın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu bildirib.

Nazir qeyd edib ki, gəmi saat 11:00-da Port-Jantil sahillərinə yanaşıb.

A.Karaismayıloğlu quldurlarla toqquşmada öldürülən Azərbaycan vətəndaşının ailəsinə başsağlığı verdi: "15 dənizçimizin sağ-salamat Türkiyəyə dönməsi üçün bütün səyləri səfərbər etdik".

Bütün xəbərlər Facebook səhifəmizdə