Fransa COVID-19-un yeni ştammlarına qarşı mübarizə məqsədilə daxili nəzarəti gücləndirir

Fransa COVID-19 virusunun yeni ştammlarına qarşı mübarizə məqsədilə daxili nəzarəti gücləndirir. Artıq avropalılar da Fransaya daxil olmaq üçün koronavirus testinin nəticəsini təqdim etməli olacaqlar.

SİA xəbər verir ki, Fransaya gələn hər bir avropalı 72 saat ərzində reallaşdırılmış koronavirus testinin “neqatif” nəticəsini təqdim etməlidir.

“Koronavirusun daha sürətlə yayılan yeni ştammlarına qarşı mübarizə məqsədilə tətbiq ediləcək qaydalar bazar ertəsi yerli vaxtla saat 00:00-dan qüvvəyə”, - deyə Yelisey Sarayının açıqlamasında bildirilib.

Fransa Prezidenti Avropa İttifaqı Şurasında çıxışı zamanı qeyd edib ki, koronavirus testləri, eləcə də üçüncü ölkədən gələnlər üçün 7 günlük karantin rejimi sərtləşdirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...