Hindistanda yük maşınının partlaması nəticəsində ən azı 8 nəfər həlak olub
Hindistanın Karnataka ştatında yük maşınının partlaması nəticəsində ən azı 8 nəfər həlak olub.
SİA-nın məlumatına görə, bu barədə "The Times of İndia" qəzeti bildirib.
Məlumata görə, yük maşınının arxasında jelatin çubuqları və ya daşkarxanasında partlama işləri üçün istifadə edilən digər materialların yerləşdirilməsi ehtimalı olub.
İlkin məlumata görə, partlayış zamanı park edilmiş avtomobilin yaxınlığında işçilər olublar.
Xəsarət alanlar barədə məlumat və digər təfərrüatlar verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB