Londonun mərkəzində çətənə tarlası aşkarlanıb - FOTOLAR

Polis İngiltərənin paytaxtı Londonun tarixi ticarət mərkəzində çətənə təsərrüfatı aşkarlandığını açıqlayıb. İngiltərə Mərkəzi Bankına çox yaxın bir yerdə tapılan təsərrüfatın Covid-19 tədbirləri səbəbiylə mərkəzin boşaldılmasından sonra qurula biləcəyi təxmin edilir.

SİA İngiltərə mətbuatına istinadən xəbər verir ki, 826 çətənə kökü olan sahənin kəşf edilməsinin səbəbi "ağır çətənə" qoxusunun az qala küçələri bürüməsidir. Təhlükəsizlik qüvvələri tərəfindən verilən açıqlamada, təsərrüfatın şəhərdəki "ilk çətənə tarlası" olduğu və bölgənin tənhalığı səbəbindən təsərrüfata diqqət yetirilmədiyi ifadə edilib.

"Mərkəzi Bank haqqında çoxsaylı zarafatlar ediləcək"

Dünyanın ən böyük ticarət sığorta bazarının, bankların və fond rəhbərlərinin yerləşdiyi London Covid-19 səbəbindən Mart ayından bəri işçilərindən evdə işləmələrini istəyib.

Təsərrüfat haqqında danışan İngiltərə Mərkəzi Bankının sədri Andrew Bailey insanların işçilərin etdikləri ilə əlaqədar zarafat etmə ehtimalının olduğunu ifadə edərək, "Artıq sonsuz zarafatların mövzusu olacağıq" "İngiltərə Bankının nə etdiyini bilirik"-deyə bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə