Etna vulkanı yenidən püskürüb -VİDEO

Dekabrdan sonra ilk dəfə yenidən hərəkətə keçən Etna vulkanı yenidən püskürüb. SİA bunu İtaliya mətbuatına istinadən xəbər verir.

Etna dağının püskürmə görüntüləri sosial mediada ən çox danışılan mövzulardan biri olub. 3330 metr hündürlüyündə olan Etna, hər il fərqli tarixlərdə aktivləşir və ətrafa lavalar, həmçinin kül püskürdür.

Bəs Etna vulkanı haradadır? Etna vulkanı Siciliyanın şərq sahillərində, Messina və Katanyaya yaxın olan aktiv vulkandır. Avropa qitəsindəki ən yüksək vulkandır. İndiki hündürlüyü 3.326 metr olsa da, zirvədəki püskürmələrlə bu hündürlük zaman-zaman dəyişir. Dağ 1865-ci ildəki hündürlüyündən 21,6 metr aşağıdır. İtaliyada Alp dağlarının cənubundakı ən böyük dağdır. 1190 km² ərazini əhatə edir və baza dairəsi 140 km-ə çatır. İtaliyanın ən yaxın rəqibi Vesuviusun boyu ilə üç dəfə, Stromboli ilə müqayisədə 3,5 qat yüksəkliyində olan ən böyük üç aktiv vulkandan biridir. 2013-cü ildə YUNESKO-nun Dünya Mirası Siyahısına daxil edilib.

Xoşbəxtlikdən Etna dağı daim püskürmə riski altında olsa da, Etnanın lavası olduqca yavaş hərəkət edir. Statistikaya görə, Etna dağı son 2700 ildə 77-dən çox insanın ölümünə səbəb olub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə