Argentinada baş verən güclü zəlzələ sakinlər arasında təşviş yaradıb

Argentinanın San Xuan əyalətində baş verən güclü zəlzələ nəticəsində əyalətin qismən qaranlığa qərq olması yerli sakinlər arasında təşvişə səbəb olub. SİA-nın xəbərinə görə, bu barədə yerli “Tiempo de San Juan” nəşri məlumat verib. Argentinanın Seysmologiya Xidmətinin yenilənmiş məlumatlarına görə, 6,5 maqnitudalı təkanlar 8 kilometr dərinlikdə baş verib. Bunun ardınca təkrar təkanlar olub, lakin daha aşağı dərinlikdə və daha az gücdə (4,4). Zəlzələnin episentri Media Aqua şəhərinə düşüb. Zəlzələ yalnız San Xuan əyalətində deyil, qonşu regionlarda, hətta zəlzələ ocağından minlərlə kilometr məsafədə yerləşən paytaxt Buenos Ayresdə də hiss edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə