Braziliyada bir gündə 33 mindən çox şəxs COVID-19-a yoluxdu

Braziliyada yeni növ koronavirus infeksiyasından ölən və yoluxanların sayı artmaqda davam edir. SİA ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir. Qeyd olunub ki, təkcə son bir gün ərzində 551 nəfər infeksiyanın yaratdığı xəstəlikdən ölüb. Bununla da pandemiyadan dünyasını dəyişənlərin sayı 209 847 nəfərə çatıb. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 8 488 099 nəfərə çatıb, son 24 saat ərzində 33 040 şəxsin COVID-19 testi müsbət olub.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...