Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa 1003 yoluxma halı qeydə alınıb

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 003 yoluxma halı qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 169 099 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 153 503 nəfəri sağalıb, 2 349 nəfəri isə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə