Türkiyədə son sutkada yeni növ koronavirusdan 168 nəfər dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 168 nəfər dünyasını dəyişib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 23 832 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 7 550 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 380 665 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 8 005 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 254 052 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...