Fələstində son 14 ildə ilk dəfə olaraq ümumseçkilərin keçirilməsinə dair fərman imzalanıb

Fələstin Prezidenti Mahmud Abbas son 14 ildə ilk dəfə olaraq ümumseçkilərin keçirilməsinə dair fərman imzalayıb. SİA "aa. com.tr" saytına istinadən xəbər verir ki, bu barədə "WAFA" agentliyi məlumat yayıb. "Fərmana əsasən, qanunverici məclisə seçkilər 22 may 2021-ci il tarixdə, prezident seçkiləri isə 31 iyul 2021-ci il tarixdə keçiriləcək", - deyə agentlik yazıb. Fələstin Qanunvericilik Məclisinə seçkilərin nəticələri əsasında 120 yerlik parlament yaradılacaq. Səsvermə həm İordan çayının qərb sahilində, həm də Qəzza zolağında keçiriləcək. Qanunvericilik Məclisinin üzvləri, həmçinin 31 avqust 2021-ci il tarixdə bitməli olan Fələstin Milli Şurasının üzvü olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə