Qazaxıstanda ötən sutka ərzində COVİD-19-a 766 yoluxma halı qeydə alınıb

Qazaxıstanda ötən sutka ərzində COVİD-19-a 766 yoluxma halı qeydə alınıb

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 766 yoluxma halı qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 164 477 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 150 427 nəfəri sağalıb, 2 349 nəfəri isə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə