Böyük Britaniyada son sutka ərzində 1243 nəfər koronavirusdan həyatını itirib

Böyük Britaniyada son sutka ərzində 1243 nəfər koronavirusdan həyatını itirib

Böyük Britaniyada son sutka ərzində 45 533 nəfər koronavirusa yoluxub.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.

Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 3 164 051 nəfərə çatıb.

Son sutka ərzində 1243 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 83 203 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə