Dünyada koronavirusa yoluxanların ümumi sayı 89,7 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların ümumi sayı 89,7 milyon nəfəri ötüb
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 566 mindən çox artıb. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. Məlumata əsasən, ötən sutka ərzində 566 186 nəfər yeni koronavirusa yoluxub, 9 371 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 89 707 115, ölənlərin isə 1 940 352 nəfərə çatıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə