Türkiyənin Dənizli şəhərinin Pamukkale rayonunda 4 bal gücündə zəlzələ olub. SİA-nın xəbərinə görə, məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Zəlzələ bu gün yerli vaxtla səhər 09.30-da baş verib. Yeraltı təkanların ocağı 7,24 km dərinlikdə yerləşib. Zəlzələ qonşu rayonlarda da hiss olunub. Dağıntı və itkilər barədə məlumat verilməyib.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB