Tramp Vaşinqtonda baş verən iğtişaşlarda “bəzi günahları” olduğunu bildirib
ABŞ-ın hazırkı prezidenti Donald Tramp Respublikaçıların Nümayəndələr Palatasındakı lideri Kevin Makkarti ilə söhbətində bildirib ki, keçən həftə Vaşinqtonda baş verən iğtişaşlarda onun da “bəzi günahları” var.
SİA xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumatlı mənbələrə istinadən bildirib.
Telekanal iki mənbəyə istinadən məlumat yayıb ki, Makkarti bazar ertəsi gün Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı üzvləri arasında telefonla danışan zaman Trampın belə bir fikirlər səsləndirməsindən danışıb. Makkarti özü də telefon danışığı zamanı “iğtişaşlarda Trampın məsuliyyət daşıması” ilə razılaşdığını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB