Ermənistan hökuməti koronavirusla bağlı tətbiq edilmiş karantin rejiminin müddətini daha 6 ay müddətinə, iyulun11-dək uzadıb.
SİA xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Bildirilir ki, karantin müddətində ictimai toplantı və məclislərdə 60 nəfərdən artıq iştirakçının olmamasına dair tətbiq edilən məhdudiyyət aradan qaldırılır, qapalı məkanlarda toplantılara da icazə verilir.
Əcnəbi vətəndaşlar yalnız azı 72 saat əvvəl keçirilmiş PCR testinin mənfi nəticə verməsinə dair rəsmi arayışla ölkə ərazisinə daxil ola bilərlər.
Qeyd edək ki, Ermənistanda əvvəlcə elan edilmiş karantin rejiminin müddəti yanvarın 11-də başa çatırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB