Prezident seçkiləri və referendum nəticələrinin Qırğızıstan üçün faydalı olmasını diləyirik - Türkiyə XİN

Prezident seçkiləri və referendum nəticələrinin Qırğızıstan üçün faydalı olmasını diləyirik - Türkiyə XİN

“10 yanvar 2021-ci ildə Qırğızıstanda keçirilən erkən Prezident seçkiləri və Qırğızıstan Respublikasının inzibati sisteminə dair referendumun təhlükəsizlik şəraitində başa çatmasından məmnunuq”.

SİA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, Türkiyə Qırğızıstandakı demokratik prosesin əhatəli şəkildə və cəmiyyətin razılığı nəticəsində atılan addımları dəstəkləyəcək: “Prezident seçkiləri və referendum nəticələrinin dost və qardaş Qırğızıstan üçün faydalı olmasını diləyirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə