Yaponiyada yeni koronavirusun daha təhlükəli mutasiya etmiş variantı aşkar edilib
Yaponiyada Böyük Britaniya və Cənubi Afrika Respublikasında yayılan yeni koronavirusun daha təhlükəli mutasiya etmiş variantı aşkar edilib.
SİA xəbər verir ki, bu barədə ölkənin Milli Yoluxucu Xəstəliklər İnstitutunun mütəxəssisləri bildirib.
İnstitutun rəhbəri Takaji Vakitu qeyd edib ki, koronavirusun mutasiya etmiş yeni varinatı yanvarın 2-də Braziliyadan ölkəyə gələn 4 nəfərdə aşkar edilib.
“Yeni mutasiya Britaniya və CAR-da yayılan variantla oxşar olsa da daha yüksək yoluxucu olduğu üçün narahatlıq doğurur”, deyə Vakitu əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB