Türkiyədə son sutkada yeni növ koronavirusdan daha 176 nəfər dünyasını dəyişib

Türkiyədə son sutkada yeni növ koronavirusdan daha 176 nəfər dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 176 nəfər dünyasını dəyişib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 22 807 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 9 138 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 326 256 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 8 103 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 198 150 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə