Rusiyada dörd nəfər yanaraq ölüb

Rusiyada dörd nəfər yanaraq ölüb

Rusiyanın Pskov vilayətinin Velikolukskiy rayonunda yanğın baş verib. Bu barədə RİA “Novosti” məlumat verib.

Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinə Eremkino kəndinin Prudnaya küçəsindəki taxtadan tikilən fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Hadisə yerinə 13 nəfər canlı qüvvə və dörd ədəd texnika cəlb olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı dörd nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə