Kabildə güclü partlayış baş verib

Kabildə güclü partlayış baş verib

Əfqanıstanın paytaxtı Kabil şəhərində güclü partlayış baş verib. "Tolo News" telekanalının verdiyi məlumata görə, partlayış nəticəsində biri əhalinin müdafiəsi qüvvələrinin nümayəndəsi olmaqla 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Məlumata əsasən, Əfqanıstan hakimiyyəti partlayışda "Taliban" radikal hərəkatını ittiham edib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə