Qazaxıstanda parlament seçkiləri keçirilir

Qazaxıstanda parlament seçkiləri keçirilir

Qazaxıstanda keçirilən parlament seçkilərində yerli vaxtla saat 12:00 üçün (Bakı vaxtilə saat 10:00) seçici aktivliyi 28,8 faiz təşkil edib. SİA-nın məlumatına görə, bu barədə brifinq zamanı Mərkəzi Seçki Komissiyasının üzvü Anastasiya Şeqotsova deyib.

A.Şeqotsova bildirib: "Saat 12:00 üçün siyahıya daxil edilən seçicilərdən 28,8 faizi səs verib".

Qeyd edək ki, bu gün Qazaxıstanda parlamentin aşağı palatasına seçkilər keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə