Böyük Britaniya kraliçası və əri koronavirus əleyhinə peyvənd edilib
Böyük Britaniya kraliçası II Elizabet və əri Edinburq hersoqu Filip koronavirus əleyhinə peyvənd edilib.
SİA-nın məlumatına görə, bu barədə Bukinqem Sarayından bildiriblər.
Eyni zamanda, Britaniya monarxı və ərinə hansı şirkətin peyvəndi vurulması barədə məlumat verilməyib.
Bildirilib ki, peyvəndlər onlara Vindzor qalasında kral həkimi tərəfindən vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB