İndoneziyada sərnişin təyyarəsi qəzaya uğrayıb

İndoneziyada sərnişin təyyarəsi qəzaya uğrayıb

İdoneziyanın "Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, təyyarənin dənizə düşdüyü ehtimal olunur.

Bildirilir ki, Cakartadan Pontianak şəhərinə uçan "Boeing 737-500” sərnişin təyyarəsi havaya qalxandan təxminən 5 dəqiqə sonra radardan itib. Onun dənizə düşdüyü ehtimal edilir və bunun üçün axtarışlar başlayıb. Məlumatda o da deyilir ki, artıq qəzaya uğrayan təyyarəyə aid bəzi parçalar tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə