Prezident İlham Əliyevlə Paşinyan müqavilə imzalayacaq - Erməni KİV-lərindən İDDİA

Prezident İlham Əliyevlə Paşinyan müqavilə imzalayacaq  - Erməni KİV-lərindən İDDİA

Prezident İlham Əliyevlə Paşinyan Moskva kapitulyasiyanı rəsmiləşdirən müqavilə imzalayacaq.

SİA xəbər verir ki, bunu Ermənistanın “mediaport” teleqram kanalı Ədliyyə Nazirliyindəki mənbələrinə istinadən bildirib. “İmzalanacaq müqavilə layihəsi hazırdır. Konstitusiya mətninə uyğunlaşdırmaq üçün bu gün Ədliyyə Nazirliyinə göndərilib”, - deyə mənbədə qeyd olunur.

Müqavilə Ermənistan tərəfindən Qarabağın Azərbaycan ərazisi kimi tanınması və dövlət sərhədinin bərpasının rəsmiləşdirilməsindən ibarətdir.

Azərbaycan Prezidenti və erməni baş nazirin görüşü yanvarın 11-də Moskvada keçiriləcəyi haqda məlumatlar var.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə