ABŞ-da Konqres binası ətrafındakı iğtişaşlar zamanı 50-dən çox polis əməkdaşı xəsarət alıb

ABŞ-da Konqres binası ətrafındakı iğtişaşlar zamanı 50-dən çox polis əməkdaşı xəsarət alıb

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Konqres binası ətrafında baş vermiş iğtişaşlar zamanı 50-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kapitoli polisinin rəhbəri Stiven Sandın bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, bir neçə polis əməkdaşı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib: "Kapitoli və paytaxt polisinin 50-dən çox əməkdaşı xəsarət alıb. Bir neçə Kapitoli polisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib".

Qeyd edilir ki, Kapitoli polisi müşahidə kameraları və digər mənbələr əsasında cinayət məsuliyyətinə cəlb edilə biləcək digər şəxslərin müəyyən edilməsi üçün işləri davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə