Vaşinqtonda fövqəladə vəziyyət: 52 nəfər həbs olunub

Vaşinqtonda fövqəladə vəziyyət:  52 nəfər həbs olunub

Vaşinqtonda fövqəladə vəziyyətin müddəti uzadılıb. SİA xarici mətbuata istinadən bildirir ki, Kolumbiya ştatının meri Myuriel Bauzer fövqəladə vəziyyətin daha 15 gün uzadıldığını açıqlayıb.

Daha əvvəl şəhərdə yerli vaxtla saat 18:00-06:00 komendant saatı elan olunmuşdu.

Xatırladaq ki, Prezident D.Trampın tərəfdarlarının ABŞ Konqresinə hücumu nəticəsində baş verən toqquşmalarda dörd nəfər ölüb, polis 52 nəfəri həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə