Karantin rejiminin müddədi daha 6 ay uzadılacaq - Ermənistanda

Karantin rejiminin müddədi daha 6 ay uzadılacaq  - Ermənistanda

"Ermənistanda karantin rejiminin müddədi daha 6 ay uzadılacaq".

SİA xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bu məlumatı "Armenia Today" müxbirinə təsdiqləyib.

Onun sözlərinə görə, qərar layihəsi hökumətə təqdim olunub.

Nikoqosyan bildirib ki, belə qərarın verilməsinə səbəb ölkədəki epidemioloji vəziyyətdir.

Xatırladaq ki, 11 sentyabr 2020-ci il tarixində sona çatan fövqəladə vəziyyətin yerinə karantin elan edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə