Koronavirusa qarşı peyvənd olunmuş iki nəfər dünyasını dəyişib

Koronavirusa qarşı peyvənd olunmuş iki nəfər dünyasını dəyişib

Norveçdə koronavirusa qarşı peyvənd olunmuş iki nəfər dünyasını dəyişib.

SİA xəbər verir ki, bu barədə ölkənin Tibb Agentliyi məlumat yayıb. Bildirilib ki, 5 yanvar tarixində iki ölüm xəbəri təsdiqlənib. Hazırda ölümlərin vaksinlərlə əlaqəli olub-olmadığı araşdırılır.

Qeyd edək ki, Norveç 27 dekabr 2020-ci ildən Amerikanın “Pfizer” şirkəti və alman tərəfdaşı “BioNTech” tərəfindən istehsal olunan vaksinin risk qruplarında tətbiqinə başlamışdı.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə