İsraildə iki həftəlik sərt karantin tətbiq edildiyi açıqlanıb

İsraildə iki həftəlik sərt  karantin tətbiq edildiyi açıqlanıb
İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin Səhiyyə Nazirliyi ilə birlikdə iki həftəlik karantin tətbiq edildiyini açıqladı. SİA-nın məlumatına görə, bu barədə "Times of Israel" yazır. İsrail hökumətinin bu təşəbbüsü koronavirus infeksiyasına yoluxma sayının artması fonunda təsdiqləyib. Tədbir 7 yanvar tarixindəngünü qüvvəyə minəcək. Netanyahu həmçinin "Twitter"də pisləşən epidemioloji vəziyyətə görə dünyanı ciddi nəticələr gözləməsi barədə xəbərdar edib: "Koronavirusun britaniya mutasiyası səbəbindən yüksək sürətlə yayılan qlobal bir pandemiyanın qızğın çağındayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə