İraqın şimalındakı Kərkük şəhərində iki partlayış baş verib. SİA-nın "Reuters"-ə istinadən verdiyi xəbərə görə, hər iki partlayıcı qurğu avtomobilə yerləşdirilib. Avtobus dayanacağı və polis məntəqəsi yaxınlığında törədilən partlayışlar nəticəsində azı 18 nəfər ölüb.
İraq Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayışlar nəticəsində 40 nəfər də yaralanıb. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB